AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri "Xəzər Lənkəran"ın futbolçusu Qalin İvanova IV turun "İnter"lə oyununda göstərilmiş sarı vərəqənin ləğv olunması ilə bağlı məsələyə baxıb. Komitə hakimin qərarını qüvvədə saxlayıb.
Bununla bağlı "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun fikirlərini öyrəndik. Klub rəsmisi Fanat.az-a açıqlamasında bunları dedi: "İnter"lə matçdan sonra "Futbol saatı"nda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov etiraf etdi ki, Qalin İvanova göstərilən sarı vərəqə yalnışdı. Oyunu idarə hakaimlərlə söhbət zamanı məlum olub ki, Əliyar Ağayev cərimə zərbəsi təyin etmək istəyib. Amma laysman simulyasiyaya işarə edib. Belə olan halda Apellyasiya və Ekspert Komitəsi nəyi araşdırıb, nəyi müzakirə edib? Onlar ümumiyyətlə yığışıb nəyi və necə müzakirə edirlər? Klubumuz bu məsələdə iki tərəfdən haqsızlığa məruz qaldı. Həm 4 sarı vərəqəyə görə 1000 manat cərimələndik, həm də sarı vərəqə qüvvədə saxlanıldı".
Fanat.az