"Xəzər Lənkəran" hücumçusunu itirdi

"Xəzər Lənkəran" hücumçusunu itirdi
"Xəzər Lənkəran" "Rəvan"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Mustafa Dənizli Junior Nildonun xidmətindən məhrum olub.
Belə ki, braziliyalı futbolçu cəzalı duruma düşüb. "İnter"lə oyunun 74-cü dəqiqəsinlə qeyri-idman hərəkətinə görə cəzalanan Nildo sarı vərəqə limitini doldurub. Bu onun mövsümdə 4-cü "sarı"sı olub. 
Qeyd edək ki, braziliyalı hücumçu bundan əvvəl "Neftçi" ilə IV və XXVIII, "Bakı" ilə VI turun oyunlarında "sarı" almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər