"Xəzər Lənkəran" "Bakı" ilə oyunda itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu futbolçularından birini itirib.
Belə ki, matçın gedişində Ağabala Ramazanov zədələnib. Meydana start heyətində çıxan gənc hücumçu zədə səbəbindən 66-cı dəqiqədə Kazım Kazımlı tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Xəzər Lənkəran" "Bakı"ya 0:3 hesabı ilə yenilib.
Fanat.az