Topaz Premyer Liqasının XVI turunda "İnter"in qonağı olacaq "Xəzər Lənkəran" oyunöncəsi son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu matçın başlayacağı saatda "Şəfa" stadionunda bir saat ərzində əsasən yüngül təmrinlərdən ibarət çalışmaları yerinə yetirib.
Hazırda komandada zədəli futbolçu yoxdu. Yalnız ispan müdafiəçimiz Alvaro Silva 4 sarı vərəqə alması səbəbindən sabahkı qarşılaşmanı buraxmalı olacaq.
Fanat.az