"Xəzər Lənkəran" gürcülərlə "sülh bağladı"

"Xəzər Lənkəran" gürcülərlə "sülh bağladı"
"Xəzər Lənkəran"ın əvəzedici komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, Elbrus Məmmədovun başçılıq etdiyi komanda ikinci yoxlama matçını keçirib.
"Xəzər Lənkəran"ın rəqibi 1-ci liqa təmsilçisi STU olub. Oyunun fasiləsinə az qalmış təmsilçimizin yeni yeni transferi Nurxan Mənsimzadənin qolu "Xəzər Lənkəran"ı hesabda irəli çıxarıb. Lakin 60-cı dəqiqədə yerli komadanın futbolçular bərabərlik qolunu vurub və matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" Gürcüstandakı ilk sınaq matçında güclülər dəstəsi təmsilçisi "Sioni"ni yenmişdi - 1:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər