"Xəzər Lənkəran"ın düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.az xəbər verir ki, xorvat qapıçı Vyekoslav Tomiç bugündən komandanın məşqlərinə qatılıb.
Yay "transfer pəncərəsi" dövründə transferə çıxarılmış, sonradan isə müəyyən səbəblərdən komandanın düşərgəsindən kənarda qalan qolkiper Cahangir Həsənzadənin zədəsi səbəbindən geri dönüb.
Qeyd edək ki, Vyekoslav Tomiç ötən mövsüm "Xəzər Lənkəran"da 7 oyun keçirib və 550 dəqiqə oynayıb. O, əvvəllər Xorvatiyanın "RNK Split", "Hayduk", "Medimurye", Türkiyənin "Karabükspor" və Moldovanın "Şerif" klublarında çıxış edib.
Fanat.az