"Xəzər Lənkəran" Türkiyəyə yollanıb. Fanat.az хəbər verir ki, "ağ-yaşıllar" təlim-məşq toplanışı üçün Nevşehir şəhərinin Kapadokya bölgəsinə gedib.
Toplanış bu gün başlayacaq və iyulun 25-ədək davam edəcək. "Xəzər Lənkəran" yoхlama oyunları keçirəcək. Rəqiblərin adları hələ müəyyənləşməsə də, onlardan ikisinin Türkiyə, birinin İran klubu olduğu deyilir.
Fanat.az