"Xəzər Lənkəran" gəlmədi, Türkiyədə klub tapdı

"Xəzər Lənkəran" gəlmədi, Türkiyədə klub tapdı

Bir müddət əvvəl Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor"dan ayrılan Yusuf Şimşekin iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, mütəxəssis PTT 1-ci liqa klublarından olan "Karşıyaka" ilə prinsipial anlaşma əldə edib.

Klubun prezidenti Fatih Diniz açıqlamasında xəbəri təsdiqləyib. O, artıq Şimşekin klubun infrastrukturu ilə tanış olduğunu və 1,5 illik müqavilə imzalayacağını deyib.

Qeyd edək ki, Şimşek "Çaykur Rizəspor"da Mustafa Dənizlinin köməkçisi olmuşdu. Türk mütəxəssisin onu "Xəzər Lənkəran"a dəvət etdiyi də deyilirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər