"Xəzər Lənkəran" FIFA-ya şikayət edəcək

"Xəzər Lənkəran" FIFA-ya şikayət edəcək
Ərzurumda təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hələ də tam heyətlə hazırlıq keçmir. Fanat.az xəbər verir ki, Sadio Tounkara və Mbilla Etame düşərgəyə dönməyib.
Lənkəran klubu artıq afrikalı futbolçuları ilə bağlı FIFA-ya şikayət etmək qərarına gəlib. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: "Onlar hələ də düşərgəyə gəlməyib. Gələnə də oxşamırlar. Lazımi sənədlər hazırlanır, çox güman FIFA-ya şikayət olunacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər