"Xəzər Lənkəran" Fanat.az-ın xəbərini təsdiqlədi

"Xəzər Lənkəran" Fanat.az-ın xəbərini təsdiqlədi

"Xəzər Lənkəran" Orxan Əliyevlə bağlı açıqlama yayıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu gənc forvardla ilə 2 illik müqavilə bağladığını açıqlayıb.

Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"ın heyətinə keçib. 2,5 il ərzində bu klubun formasını geymiş Orxan 47 oyunda 10 qol vurub. Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan 18 yaşlı futbolçu cari mövsümdə 10 oyuna çıxıb, 675 dəqiqə oynayıb və 1 qol vurub. 

Qeyd edək ki, Orxan Əliyevin "Xəzər Lənkəran"la 2 illik müqavilə bağlaması barədə ilk xəbəri Fanat.az 3 gün əvvəl yayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər