"Xəzər Lənkəran"ın rəsmi saytında keçirilən səsəvermədə azarkeşlər 2013-cü ilin ən yaxşı qolunu seçib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" TV-nin təqdim etdiyi 6 gözəl qol arasında seçim edilib.
Səs verənlərin əksəriyyəti, daha doğrusu düz yarısı kapitan Rahid Əmirquliyevin fevral ayında ölkə kubokunun 1/4 finalında "Rəvan"a vurduğu qola üstünlük verib. Beləliklə, 2013-cü ilin ən gözəl qolunun müəllifi Rahid Əmirquliyev olub.
Fanat.az