Qurban Qurbanov "Xəzər Lənkəran"la oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi rəqibi tərifləyib:
“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. “Xəzər Lənkəran” yaxşı komandadı. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadı. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.
Fanat.az