"Xəzər Lənkəran"ın "Sumqayıt"la oyunda baş hakim Elvin Əsgərovun idarəçiliyindən narazı qalması barədə хəbər vermişdik. Bu gün Lənkəran klubu referinin səhvlərini əks etdirən video sujeti yayımlayıb. Həmin videonu təqdim edirik:
"Sumqayıt" - "Xəzər Lənkəran" oyununda baş hakimin yanlış qərarları:
1. Cərimə meydançasında Orxan Əliyevə qarşı aşkar kobudluq
2. Baş hakim zərbədən sonra fit çalır, amma qərar dəyişdirilmir.
3. Oyunun 53-cü dəqiqəsində Orxan Əliyevin üzünə açıq-aşkar dirsək zərbəsi
4. Rasim Ramaldanova qarşı cərimə meydançasında kobudluq
5. Elnur Cəfərovun zərbəsindən sonra baş hakim künc nöqtəsini yox, qapıdan zərbə qərarı verir.
Fanat.az