Xəbər verdiyimiz kimi İspaniyanın "Real Ovyedo" klubunda baxışdan uğurla keçən Elnur Cəfərov vətənə qayıdıb. İspan klubunun futbolçu üçün yaxın günlərdə "Xəzər Lənkəran"a rəsmi təklif göndərməsi gözlənilir.
Artıq Lənkəran klubu Elnurun transfer qiymətini də müəyyənləşdirib. Fanat.az-ın əldə etdiyi məlumata görə, "Xəzər Lənkəran" gənc futbolçusuna 50 min manat (bu günkü məzənnə ilə 32000 dollar - 28900 avro) qiymət qoyub. İspanlar bu məbləği ödəməyə razılıq versə, futbolçunun keçidi mümkün olacaq.
Bundan başqa "Xəzər Lənkəran" "Real Ovyedo" ilə müqaviləyə xüsusi bənd salacaq. Həmin bəndə əsasən Elnur başqa bir kluba satılacağı halda "ağ-yaşıllar" müəyyən faiz alacaq.
Fanat.az