"Neftçi" ilə "Böyük oyun"da qırmızı vərəqə alan Əfran İsmayılovla Sadio Tounkara klub tərəfindən cəzalandırılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, AFFA tərəfindən cəzalandırılan futbolçuları klub rəhbərliyi də cəzasız qoymayıb.
"Xəzər Lənkəran" rəhbərliyinin qərarına əsasən Əfranla Sadio cərimələnib. Cərimənin məbləğini öyrənə bilməsək də, kifayət qədər ciddi məbləğ olduğu deyilir.
Fanat.az