Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" daha bir yoldaşlıq oyunu keçirəcək. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mustafa Dənizli deyib.
Qarşılaşma yanvarın 25-də baş tutacaq. Rəqibin kimliyi isə hələ bəlli deyil və yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" Türkiyədə iki oyun keçirib və Super Liqa klubları ilə qarşılaşıb. "Çaykur Rizəspor"la sülh bağlayan (0:0) Dənizlinin yetirmələri "Gənclərbirliyi"nə uduzub (0:2).
Fanat.az