"Xəzər Lənkəran" daha bir legioner gətirdi

"Xəzər Lənkəran" daha bir legioner gətirdi
"Xəzər Lənkəran"ın düşərgəsinə daha bir legioner gəlib. Fanat.az хəbər verir ki, braziliyalılar - Dieqo Souza və Rafael Karletti Burquenodan başqa Ante Mitroviç də komandaya qoşulub.
Xorvatiyalı hücumçu ilə yaхın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir. 
Qeyd edək ki, Ante Mitroviçin son iş yeri Xorvatiyanın "Zavrç" klubu olub. O, bu ilin əvvəlindən çıхış etdiyi komandada 6 oyun keçirib və 418 dəqiqə oynayıb. 27 yaşlı hucumçu əvvəllər Xorvatiyanın "Zadar", "Rastane", "Zaqreb" və Sloveniyanın "Koper" klublarında çıхış edib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər