"Xəzər Lənkəran" daha bir itki ilə üzləşdi

"Xəzər Lənkəran" daha bir itki ilə üzləşdi

"Xəzər Lənkəran" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Cənub təmsilçisinin yarımmüdafiəçisi Uğur Pamuk sıradan çıxıb.

Türkiyəli futbolçu məşq zamanı köhnə zədəsini təzələyərək uzun müddət komandasına kömək edə bilməyəcək. Pamuk məşq zamanı aldığı zədədən sonra yaxın 3 həftədə "Xəzər Lənkəran"ın uğurları üçün tər tökə bilməyəcək.

Qeyd edək ki, zədəlilər sırasında Alfred Sanko və Əfran İsmayılov da yer alırlar.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər