"Neftçi" kimi "Xəzər Lənkəran" da AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə şikayət etmək niyyətindədi. Fanat.az xəbər verir ki, Lənkəran klubu Ağabala Ramazanovun cəzası ilə razı deyil.
Belə ki, Ramazanov "Böyük oyun"un 90+4-cü dəqiqəsində rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən AFFA-nın İntizam Komitəsi onu 3 oyunluq cəzalandırıb, klubu 2000 manat cərimə edib. "Xəzər Lənkəran" rəhbərliyi cəzanın ağır olduğunu düşünür.
Fanat.az