Dünən "İnter"ə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" qarşılaşmanın ardından bir günlük istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, bu gün istirahət edəcək komanda sabah yenidən bir araya gələcək.
"Xəzər Lənkəran" iki gün ərzində doğma şəhərdə hazırlaşdıqdan sonra, oktyabrın 1-də günorta məşqindən sonra Lənkəranı tərk edərək Bakıya yollanacaq. Xatırladaq ki, Con Toşakın komandası Premyer Liqanın IX turunda "Rəvan"la qarşılaşacaq.
12cioyuncu.info