Premyer Liqanın son turundan sonra məşqlərə fasilə verməyən "Xəzər Lənkəran" Qəbələdə təşkil olunan təlim-məşq toplanışını 6 sentyabr tarixində başa çatdırıb. Fanat.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsinin oyunları ilə əlaqədər bir sıra futbolçular milli komandalarının .ərəfini qorumaq üçün klubdan ayrılmışdı.
Bu səbəbdən məşqlərə ara verən cənublular bu gün axşamdan başlayaraq yenidən bir araya toplaşacaq.
Fanat.az