"Xəzər Lənkəran" braziliyalıdan bəd xəbər aldı

"Xəzər Lənkəran" braziliyalıdan bəd xəbər aldı
"Xəzər Lənkəran" "Rəvan"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Deyvid Sakkoni matçı buraxacaq.
Braziliyalı yarımmüdafiəçinin zədəsi ciddidi və ən azı 10 gün meydandan kənarda qalacaq. Bu səbəbdən o, "Rəvan" matçını buraxmalı olacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın digər zədələliləri - Rasim Ramaldanov, Rahid Əmirquliyev, Mbilla Etame və Manuel Skarlatake komandaya qoşularaq fərdi məşqlərə başlayıb. Onların "Rəvan"a qarşı oynayıb-oynamayacağı bilinmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər