"Xəzər Lənkəran" heyətini braziliyalı müdafiəçi ilə gücləndirir. Fanat.az xəbər verir ki, Mustafa Dənizlinin başçılıq etdiyi komanda Tyeqo ilə müqavilə bağlamağa hazırlaşır.
Bu barədə Braziliya mediası məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, "Xəzər Lənkəran"da uğurla baxışdan keçən stopper yenidən vətəninə qayıdıb. O, bütün əşyalarını topladıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, tam adı Villian Tyeqo de Xesus olan futbolçunun son iş yeri "Fiqueyrense" olub. 27 yaşlı mərkəz müdafiəçisi B Seriyası klubunun heyətində 43 oyuna çıxıb və 4 qol vurub.
Tyeqo karyerasına "Serqipe"də başlayıb. 2007-ci ildə "Qremio"ya keçən futbolçu 2012-ci ilədək bu kluba məxsus olub və 40-dan artıq oyuna çıxıb. Mərkəz müdafiəçisi 2010-cu ildə Cənubi Koreyanın "Kyoto Sanqa" (11 oyun), 2011-də Braziliyanın "Bahiya" (21 oyun), 2012-də "Ceara" (31 oyun, 1 qol) klublarına icarəyə verilib.
Fanat.az