"Xəzər Lənkəran" bombanı partladır: Vaqif, yoxsa Rauf?

"Xəzər Lənkəran" bombanı partladır: Vaqif, yoxsa Rauf?

"Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, cənub klubu bu gün daha bir yerli futbolçu ilə müqavilə bağlayacaq.

Artıq tərəflər arasında razılıq əldə olunub. Həmin oyunçunun kimliyi hələlik gizli saxlanılır. Ehtimallara görə, bu ya "İnter"dən ayrılan Vaqif Cavadov, ya da "Bakı"nın üzvü Rauf Əliyev olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl "Neftçi"nin kapitanı Rəşad Sadiqovla müqavilə imzalayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər