Üç günlük istirahətini başa vuran “Xəzər Lənkəran” bu gündən başlayaraq məşqlərini bərpa edir. Fanat.az xəbər verir ki, axşam saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxacaq komanda “Bakı” ilə səfər matçının hazırlığına start verəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının XIV turunun "Bakı" - "Xəzər Lənkəran" matçı noyabr ayının 22-də keçiriləcək. "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutacaq matç saat 14.00-da start götürəcək.
Fanat.az