Premyer Liqanın V turu çərçivəsində əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq hazırlıqlarına paytaxtda start verib. Fanat.az xəbər verir ki, komanda dünən saat 18.30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.
Uzun müddət komandadan uzaq olan, hətta yay təlim-məşq toplanışına da qatılmayan afrikalı futbolçu Sadio Tounkara da hazırlıq prossesində iştirak edib. Əvəzedici heyətdən 6 gənc futbolçunun qatıldığı məşqi klub prezidenti Mais Mənsimov da izləyib.
12cioyuncu.info