"Xəzər Lənkəran" başladı

"Xəzər Lənkəran" başladı
Topaz Premyer Liqasının son turunda "Rəvan"la qarşılaşdıqdan sonra iki günlük istirahətə buraxılan "Xəzər Lənkəran" hazırlığını bərpa edib. Fanat.az xəbər verir ki, komanda bu gün axşam saatlarında Lənkərandakı bazasında məşqə çıxaraq çalışmalarına start verib. 
A millinin düşərgəsində olan Rahid Əmirqliyevlə Rasim Ramaldanov, o cümlədən U-21-ə çağırılan Orxan Sadıqlı və Ağabala Ramazanov, U-19 heyətində olan Kamran Abdullazadə məşqə qatılmayıb. Bir saat davam edən məşqdə futbolçularımız əsasən bərpa məşqini keçirib və daha sonra taktiki çalışmaları yerinə yetiriblər. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər