"Xəzər Lənkəran" azarkeşlərinin sevimlisinə təkliflər var

"Xəzər Lənkəran" azarkeşlərinin sevimlisinə təkliflər var
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb. Bu barədə "Report"a rumıniyalı mütəxəssisin özü məlumat verib.
O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlamayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını bildirib.
Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər