"Xəzər Lənkəran" azarkeşləri liderdi - STATİSTİKA

"Xəzər Lənkəran" azarkeşləri liderdi - STATİSTİKA
Topaz Premyer Liqasının ilk yarısının oyunlarını 144 min 750 tamaşaçı izləyib. Fanat.az xəbər verir ki, arxada qalan 2 dövrənin 18 turunun 90 qarşılaşmasında orta izləyici sayı 1608-ə bərabər olub.
Ev oyunlarında ən çox tamaşaçı toplayan komanda “Xəzər Lənkəran”dı. Cənublular bu göstəricidə 2-ci olan “Sumqayıt”ı təxminən 3 qat üstələyir. 3-cü yerdə isə “Neftçi”di. Ən az azarkeş isə “Rəvan”ın öz meydanındakı qarşılaşmalarda olub.

№

Klub

Tamaşaçı

Oyun

Orta say

1

Xəzər Lənkəran

53600

9

5956

2

Sumqayıt

17700

9

1967

3

Neftçi

15100

9

1678

4

Qəbələ

11800

9

1311

5

Qarabağ

10550

9

1172

6

İnter

10800

10

1080

7

Simurq

7550

8

944

8

AZAL

7600

9

844

9

Bakı

6450

9

717

10

Rəvan

3600

9

400

“Xəzər Lənkəran” səfər oyunlarında da hamıdan çox azarkeş toplamağı bacarıb. Bu göstəricidə lideri “Neftçi” ilə “Qəbələ” izləyir. Çempionatın autsayderi “Sumqayıt” burada da sonuncudu.

№

Klub

Tamaşaçı

Oyun

Orta say

1

Xəzər Lənkəran

19700

9

2189

2

Neftçi

18450

9

2050

3

Qəbələ

18150

9

2017

4

Qarabağ

17650

9

1961

5

Bakı

16000

9

1778

6

AZAL

13450

9

1494

7

Simurq

13350

10

1335

8

İnter

10650

8

1331

9

Rəvan

9750

9

1083

10

Sumqayıt

7600

9

844

18 turun oyunları 11 stadionda keçirilib. “Xəzər Lənkəran”ın tamaşaçı sayındakı aşkar liderliyi komandanın ev matçlarını keçirdiyi stadionun azarkeş toplaması ilə bağlıdı. Arenalar arasında 1-ci olan cənub təmsilçisinin stadionu Zaqatala və Sumqayıtdakı stadionları qabaqlayır. Tamaşaçıların ən az getdiyi stadion isə “Dalğa Arena”dı. Ümumiyyətlə son 6 yerdə paytaxtdakı arenalardı.

№

Klub

Tamaşaçı

Oyun

Orta say

1

Lənkəran

53600

9

5956

2

Zaqatala

4000

2

2000

3

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17700

9

1967

4

Bakcell Arena

20600

12

1717

5

Qəbələ

12100

11

1100

6

Şəfa

12850

13

988

7

T.Bəhramov adına Respublika stadionu

4700

5

940

8

AZAL Arena

7600

9

844

9

“Bakı” FK-nın bazası

6450

9

717

10

Bayıl Arena

4800

10

480

11

Dalğa Arena

350

1

350

Mövsümün ilk yarısında ən çox tamaşaçı toplayan 5 qarşılaşmanın hamısı Lənkəranda meydan sahiblərinin iştirakı ilə keçirilib. “Top-5”də 6500-dən çox seyrçi toplayan görüşlər yer alıb. Mövsümün rekordu isə “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun”a məxsusdu - 10 min.

Oyun

Tur

Tarix

Stadion

Tamaşaçı sayı

Xəzər Lənkəran – Neftçi – 0:0

4

25.08.2013

Lənkəran

10000

Xəzər Lənkəran  - Qarabağ – 0:3

11

27.10.2013

Lənkəran

7500

Xəzər Lənkəran  - Bakı – 2:1

6

14.09.2013

Lənkəran

7100

Xəzər Lənkəran  - Simurq – 0:0

2

11.08.2013

Lənkəran

7000

Xəzər Lənkəran – İnter – 0:1

8

27.09.2013

Lənkəran

6500

Ən az tamaşaçı isə “Simurq”un autsayderlərə qarşı Qəbələdə keçirdiyi ev oyunlarında qeydə alınıb - 150 nəfər. Paytaxtda baş tutan 4 görüşdə isə 200 seyrçi qeydə alınıb.

Oyun

Tur

Tarix

Stadion

Tamaşaçı

Simurq - Rəvan – 2:0

1

03.08.2013

Qəbələ

150

Simurq  - Sumqayıt  - 3:1

6

15.09.2013

Qəbələ

150

AZAL  - Sumqayıt – 1:0

4

23.08.2013

AZAL Arena

200

AZAL – İnter – 0:2

11

26.10.2013

AZAL Arena

200

AZAL - Rəvan – 2:1

16

08.12.2013

AZAL Arena

200

Rəvan  - Simurq – 0:3

18

20.12.2013

Bayıl Arena

200

pfl.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər