Premyer Liqanın XV turunda "Xəzər Lənkəran" AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, klubun rəsmi saytı matçın statistik məlumatlarını təqdim edib.
Ən çox məğlub edilən rəqib
AZAL bütün yarışların statiskasına görə "Xəzər Lənkəran"ın ən çox məğlub etdiyi komandadı. Belə ki, bu rəqibə qarşı keçirilmiş 15 oyundan Lənkəran təmsilçisi qalib ayrılıb.
Ölkə birinciliyində komandalar arasında 2005-ci ildən bəri 21 oyun baş tutub. 13 çempionat matçında qələbə qazanan lənkəranlılar, 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Top fərqi - 28:13.
Cənublular Lənkəranda baş tutan 10 oyunda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Doğma divarlar arasında vurulan qolların sayı isə rəqibin vurduğu qolları ikiqat üstələyir - 14:7.

Hazırkı mövsüm
Hər iki komandanın bu mövsüm göstəriciləri ürəkaçan deyil. Son 6 tura nəzər salsaq, “Xəzər Lənkəran”da 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət, AZAL-da isə 4 heç-heçə və 2 məğlubiyyət var.
"Xəzər Lənkəran" bu çempionatda məğlub etdiyi üç rəqibdən biri də məhz “təyyarəçilər”di. 7-ci turda “AZAL Arena”da keçirilən oyun 3:1 hesabı ilə cənubluların xeyrinə başa çatıb.
AZAL-ın çempionatda son qələbəsi isə daha əvvəl, 5-ci turda baş tutub. Səfərdə “Qarabağ”ı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanmış paytaxt klubu o gündən qələbə qazana bilmir.
Digər məqamlar
AZAL-a qarşı I dövrədə keçirilmiş oyun həmçinin “Xəzər Lənkəran”ın geridə qalan 14 tur ərzində hesabı açdığı yeganə qarşılaşmadı.
Braziliyalı Deyvid Sakkoni 3-cü dəqiqədə AZAL-ın qapısıdan Lənkəran klubunun formasında ilk və hələ ki yeganə topunu keçirməklə, həm də bu mövsüm “Xəzər Lənkəran”ın vurduğu ən tez qolun müəllifi olub.

Dünən keçirilmiş məşqdə fərdi şəkildə çalışmalar yerinə yetirən Ağabala Ramazanov və Uğur Pamuk bu gün tam olaraq komanda ilə birlikdə məşğul olub. Həmçinin Adrian Pit də uzun fasilədən sonra əsas heyətlə məşqə çıxıb.
lankaranfc.com