"Xəzər Lənkəran" yoxlama oyunu keçirmək üçün rəqib tapıb. Fanat.az xəbər verir ki, fasilədən maksimum yararlanmaq istəyən Lənkəran klubu AZAL-la qarşılaşacaq. Oyun oktyabrın 11-də "AZAL Arena"da baş tutacaq.
Qeyd edək ki, AZAL-la "Xəzər Lənkəran" Premyer Liqanın I turunda qarşılaşıb. 1:1 hesabı iilə başa çatan oyunda hesabı 35-ci dəqiqədə Rauf Əliyev açıb. 74-cü dəqiqədə isə Tomi Kostadinov bərabərliyi təmin edib.
Fanat.az