"Xəzər Lənkəran"ın uğurlu oyunlar seriyası qırılıb. Fanat.az xəbər verir ki, Lənkəran Premyer Liqada 7, ümumilikdə isə 8 oyundan sonra uduzub.
Belə ki, XV turun AZAL-la ev oyununa 1:1 hesablı heç-heçəyə razılaşan "Xəzər Lənkəran" ondan sonra Premyer Liqada 7, kubokda 1 oyuna çıxsa da, uduzmamışdı. Bu müddətdə 5 qələbə qazanan, 3 dəfə heç-heçə edən komanda ötən gün "Bakı"ya uduzub - 0:2. Maraqlıdı ki, "Xəzər Lənkəran" son məğlubiyyətini də "Bakı"dan almışdı. XIV turda bu komandaya 0:3 hesablı məğlubiyyət Con Toşakın istefası ilə nəticələnmişdi.
"Xəzər Lənkəran" uğurlu seriya boyunca 7 oyunu Mustafa Dənizlinin rəhbərliyi altında keçirib. XVI turda komandanın başına keçən Dənizli bundan sonra 6 Premyer Lina, 1 kubok matçına çıxıb və 2 heç-heçə edib, 5 qələbə qazanıb.
Premyer Liqa
Bakı - Xəzər Lənkəran 3:0
Xəzər Lənkəran - AZAL 1:1
Xəzər Lənkəran - Neftçala 4:0
İnter - Xəzər Lənkəran 0:0
Xəzər Lənkəran - Rəvan 1:0
Xəzər Lənkəran - Sumqayıt 4:3
Qarabağ - Xəzər Lənkəran 0:1
Xəzər Lənkəran - Neftçi 2:2
Qəbələ - Xəzər Lənkəran 2:3
Xəzər Lənkəran - Bakı 0:2
Fanat.az