"Xəzər Lənkəran" Alxasovu verdi, kapitanı aldı

"Xəzər Lənkəran" Alxasovu verdi, kapitanı aldı
"Xəzər Lənkəran" ilk transferini rəsmiləşdirmək üzrədi. Fanat.az xəbər verir ki, bölgə klubu "Neftçi"dən Rəşad Sadiqovu heyətinə qatır.
Artıq paytaxt klubu bir illik müqaviləsi olan kapitanı "Xəzər Lənkəran"a satmağa razılıq verib. Tərəflər transfer haqqında da anlaşıb. "Xəzər Lənkəran" həmçinin bu transferin qarşılığında Slavik Alxasovun "Neftçi"yə pulsuz qayıdışına da razı olub.
Qeyd edək ki, Rəşad 2003-2008-ci illərdə "Neftçi"də çıxış edib (86 oyun, 2 qol). Hans Yurgen Gedenin istəyi ilə komandadan qovulan futbolçu 2009-2012-ci illərdə "Qarabağ"da forma geyinib. 2012-ci ildə yenidən "Neftçi"yə dönən futbolçu 83 oyunda 10 qol vurub. Əvvəllər "Bakı fəhləsi", "Şəfa" və MOİK-in də formasını geyinmiş 30 yaşlı yarımmüdafiəçi milli komandada 17 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər