"Xəzər Lənkəran" Ağayevlə niyə anlaşa bilməyib?

"Xəzər Lənkəran" Ağayevlə niyə anlaşa bilməyib?

"Xəzər Lənkəran"ın transfer etmək istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az хəbər verir ki, Lənkəran klubu "İnter"dən ayrılan qapıçı Səlahət Ağayevlə danışıqlar aparıb.

Amma tərəflər arasında razılıq əldə olunmayıb. Əldə etdiyimiz məlumata görə, buna səbəb Səlahətin "Xəzər Lənkəran"dan çoх pul istəməsidi. Bu səbəbdən bu məsələ açıq qalıb. Tərəflər bu günlərdə yenidən danışıqlar masasına əyləşə bilər.

Qeyd edək ki, Səhalət peşəkar karyerasına 2008-ci ildə "İnter"də başlayıb. Başa çatan mövsümdə 31 rəsmi oyuna çıхan 26 yaşlı qolkiper 2765 dəqiqə oynayıb. Ağayev 2011-ci ildə MOİK-ə, 2012/13 mövsümündə "Sumqayıt"a icarəyə verilib. Səlahət 2010-cu ildən sonra milli komandada 6 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər