"Xəzər Lənkəran" Ağayevə, derbi Həsənova tapşırıldı

"Xəzər Lənkəran" Ağayevə, derbi Həsənova tapşırıldı
Topaz Premyer Liqasında XXIII turun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun əsas qarşılaşması hesab olunan paytaxt derbisi - "İnter" - "Bakı" matçı FIFA referisi Rəhim Həsənova tapşırılıb.
Digər FIFA referimiz Əliyar Ağayev AZAL - "Xəzər Lənkəran" oyununda fit çalacaq. "Qəbələ" - "Rəvan" matçını Elvin Əsgərov, "Qarabağ" - "Simurq" görüşünü Fariz Yusifov, "Sumqayıt" - "Neftçi" qarşılaşmasını isə Rauf Cabbarov idarə edəcək.
23 fevral
Qəbələ - Rəvan
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu. Saat 13.00.
Sumqayıt - Neftçi
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 15.00.
İnter - Bakı
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov.AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
“Şəfa” stadionu. Saat 16.00.
AZAL - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“AZAL Arena”. Saat 17.00.
Qarabağ - Simurq
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər