"Xəzər Lənkəran" 700 min avroluq qapıçı alır

"Xəzər Lənkəran" 700 min avroluq qapıçı alır
"Xəzər Lənkəran" qapı xəttindəki boşluğu xorvat qapıçı vasitəsi ilə doldurmaq istəyir. Fanat.az xəbər verir ki, Lənkəran təmsilçisi Vyekoslav Tomiçlə danışıqlar aparır. Klubun mətbuat xidmətindən verilən məlumata görə, danışıqların nəticəsi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Tomiçin son iş yeri "Şerif" olub. Moldova klubunun heyətində ölkə çempionatında 3 matça çıxan qolkiper Avropada 10 oyun keçirib. Belə ki, o, Çempionlar Liqasının və Avropa Liqasının təsnifat mərhələlərində 4 (hərəsində 2), Avroliqanın qrup mərhələsinin isə 6 oyununun iştirakçısı olub. 
30 yaşlı qapıçı əvvəllər Xorvatiyanın "RNK Split" (2002-2003), "Medimurye" (2003-2007, 58 oyun), "Hayduk" (2007-2010, 10 oyun) və Türkiyənin "Karabükspor" (2010-2013Ö, 78 oyun) klublarında çıxış edib. 
Məşhur "Transfermarkt" saytı xorvat qapıçıya 700 min avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər