Əvəzedici heyətlərin ölkə çempionatında XXX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
"İnter" "Neftçi"ni 1:0 hesabı ilə yenib. "Xəzər Lənkəran" səfərdə "Bakı"ya uduzub - 1:3. Meydan sahibləri hər üç qolu penaltidən vurub.
"Simurq" "Sumqayıt", "Qarabağ" "Rəvan" üzərində 1:0 hesablı qələbəyə sevinib. "Qarabağ"ın qələbə qoluna Qurban Qurbanovun əsas komandada şans vermədiyi Ulriş Kapolonqo imza atıb.
"Qəbələ" isə evdə AZAL-a yenilib - 1:2. Meydan sahiblərinin yeganə qolunu sarı vərəqə limitini doldurduğu üçün əsas komandanın oyununu buraxacaq Lorenzo Ebesilio vurub.
Əvəzedici heyətlər
2013/14 mövsümü
IV dövrə, XXX tur
11 aprel
Bakı - Xəzər Lənkəran 3:1
Qollar: Elşən Rzazadə, 11-pen. Raul Yaqubzadə, 81-pen; 85-pen - Kamran Abdullazadə, 66.
İnter - Neftçi 1:0
Qol: Mirsahib Abbasov, 44.
Sumqayıt - Simurq 0:1
Qol: Rüstəm Məmmədov, 9.
Qarabağ - Rəvan 1:0
Qol: Ulriş Kapolonqo, 18.
Qəbələ - AZAL 1:2
Qollar: Lorenzo Ebesilio, 28 - Əbülfəz Hüseynli, 41. Aydın Qasımov, 69.
| 1 | İnter | 30 | 18 | 6 | 6 | 83-40 | 60 |
| 2 | Simurq | 30 | 13 | 9 | 8 | 48-40 | 48 |
| 3 | Qəbələ | 30 | 13 | 9 | 8 | 44-37 | 48 |
| 4 | Xəzər L | 30 | 12 | 8 | 10 | 53-41 | 44 |
| 5 | Bakı | 30 | 11 | 11 | 8 | 44-44 | 44 |
| 6 | Qarabağ | 30 | 12 | 5 | 13 | 43-44 | 41 |
| 7 | Neftçi | 30 | 10 | 9 | 10 | 49-52 | 39 |
| 8 | Rəvan | 30 | 8 | 13 | 9 | 42-42 | 37 |
| 9 | AZAL | 30 | 8 | 5 | 17 | 41-69 | 29 |
| 10 | Sumqayıt | 30 | 6 | 3 | 21 | 32-70 | 21 |
Bombardirlər: Mirsahib Abbasov (İnter) - 18. Oruc Balaşlı (Simurq) - 16. Cavid Muxtarzadə (Neftçi) - 14. Ramil Mansurov (İnter), Tural İsgəndərov (Qarabağ) - 13. Ehtiram Şahverdiyev (Qəbələ) - 12. Nurxan Mənsimzadə (İnter) - 11.
Fanat.az