"Xəzər Lənkəran" 3 əskiklə...

"Xəzər Lənkəran" 3 əskiklə...
“Sumqayıt” üzərindəki səfər qələbəsindən sonra “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Fanat.az xəbər verir ki, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq “Simurq”la görüşün hazırlığına start verib. 
Hazırda Cahangir Həsənzadə, Ağabala Ramazanov və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmir və qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər. “Xəzər Lənkəran” bu gün saat 16.00-da oyunöncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayacaq. 
Xatırladaq ki, XI tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”- “Simurq” görüşü saat 17.00-da başlayacaq və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər