Bu gün "Xəzər Lənkəran" Antalyada ilk sınaq matçını keçirib. Fanat.az xəbər verir ki, Mustafa Dənizli yetirmələrini sabiq klubu "Çaykur Rizəspor"la oyunda sınayıb.
Oyun Bələkdəki "IC Santai" otelinin meydançasında baş tutub. 90 dəqiqə ərzində qapılara top vurulmayıb və "Xəzər Lənkəran" 2014-cü ilə 0:0 hesablı heç-heçə ilə başlayıb.
Qeyd edək ki, Mustafa Dənizli ötən mövsüm I dəstədə 2-ci yeri tutaraq Super Liqaya vəsiqə qazanmış sabiq komandası ilə ilk dəfə meydanda üz-üzə gəlib. "Çaykur Rizəspor" cari mövsümün ilk yarısında 16 xal toplayıb və 15-ci pilləsində qərarlaşıb.
Yoxlama oyunu
14 yanvar
Çaykur Rizəspor (Türkiyə) - Xəzər Lənkəran 0:0
Xəzər Lənəran: Orxan Sadıqlı, Rasim Ramaldanov, Alvaro Silva, Tural Cəlilov (Kamran Abdullazadə), Vanderson Skarduelli, Manuel Skarlatake, Rahid Əmirquliyev, Elnur Abdullayev (Sadio Tounkara), Ağabala Ramazanov (Nikola Qloqorov), Deyvid Sakkoni (Junior Nildo), Mbilla Etame (Zohair Benouahi).
Bələk. "IC Santai" otelinin meydançası.
Fanat.az