"Xəzər Lənkəran": 18 ay əvvəl yenə "Rəvan"...

"Xəzər Lənkəran": 18 ay əvvəl yenə "Rəvan"...
"Xəzər Lənkəran" Premyer Liqanın XXXIII turunda "Rəvan"ı 4:0 hesabı ilə məğlub edib. Fanat.az xəbər verir ki, bu, Lənkəran klubunun 18 aydan sonra qazandığı ilk belə qələbə olub.
Belə ki, "Xəzər Lənkəran" sonuncu dəfə Premyer Liqada 2012-ci ilin 4 noyabrında 4:0 hesablı qələbə qazanmışdı. Maraqlıdı ki, həmin gündə də cənubluların rəqibi "Rəvan" olmuşdu. 
Maraqlı məqam ondan ibarətdi ki, hər iki halda "Xəzər Lənkəran"ı meydana baş məşqçi çıxarmayıb. Belə ki, 2012-ci ildəki oyunda Yunis Hüseynov istefa verdiyindən komandaya Emin Quliyev rəhbərlik edib və o, daha sonra yerini Con Toşaka verib. Bu dəfəki matçda isə Mustafa Dənizli Türkiyədə olduğundan "Xəzər Lənkəran"ı meydana köməkçisi Oğuz Çətin çıxarıb.
Qeyd edək ki, bu mövzus Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçala"nı 4:0 hesabı ilə yenmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər