"Xəzər Lənkəran" 1 əskiklə başlayır

"Xəzər Lənkəran" 1 əskiklə başlayır
Premyer Liqanın VIII turu çərçivəsində evdə AZAL üzərində 3:1 hesablə qələbə qazanan “Xəzər Lənkəran” bir günlük istirahətin ardından bu gün toplanır. 
Fanat.az xəbər verir ki, komanda saat 17.00-da məşqə çıxaraq qarşıdakı “Kəpəz” oyununun hazırlığına start verəcək. Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək komanda bir gün sonra səfər matçı üçün Gəncəyə yola düşəcək. 
Hazırda “Xəzər Lənkəran”ın heyətində Orxan Əliyev və Rasim Ramaldanov zədədən əziyyət çəkir. Hər iki futbolçu məhz bu səbəbdən son turun matçını da buraxmalı olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər