Azərbaycan futbolunun əfsanələrindən biri, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov vəfatının üçüncü günündə dəfn olunduğu Fəxri Xiyabanda "Xəzər Lənkəran" tərəfindən yad olunub.
Fanat.az xəbər verir ki, Lənkəran klubunun rəhbərliyi və komanda üzvləri məşhur futbolçunun qəbri üzərinə əklil qoyub, mərhumun ruhuna dualar oxunub. "Xəzər Lənkəran"da çıxış edən əcnəbi futbolçulara Ələkbər Məmmədovun futbolçu karyerası haqqında geniş məlumat verilib.
Fanat.az