"Xəzər Lənkəran” 600-ə çatdı

"Xəzər Lənkəran” 600-ə çatdı
“Xəzər Lənkəran” tarixində 600-cü qolu vurub. Fanat.az xəbər verir ki, bu top Topaz Premyer Liqasının IV turunun “İnter”lə qarşılaşmasına təsadüf edib. Oyunun yeganə qoluna imza atan Elnur Abdullayev klub tarixində 600-cü topun müəllifi kimi fərqlənib.
 
2004-cü ildə yaranan komanda 600-cü qolunu 393-cü matçında vurub. Bu qollardan 444-ü Premyer Liqada, 127-si Azərbaycan Kuboku, 14-ü avrokuboklar, 13-ü "Birlik Kuboku"nda, 2-si də Superkubokda qeydə alınıb.
 
2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 600 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 1:0 hesabı başa çatıb.
 
Qeyd edək ki, bundan əvvəlki yubiley qolu 341 gün əvvəl vurulmuşdu. 2013-cü il sentyabrın 22-də AZAL-ın qapısına yol tapan Junior Nildo 550-ci topun müəllifi kimi tarixə düşmüşdü.
 
Bu top Elnurun “ağ-yaşıllar”ın heyətində 11-ci qolu olub. Bununla da yarımmüdafiəçi Emeka Opara, Adrian Skarlatake və Junior Osvaldoya çatıb. Bu 4 oyunçu klubun ən yaxşı bombardirləri siyahısında 17-20-ci yerləri bölüşürlər. Bu siyahıya isə 44 dəfə fərqlənən Zaur Ramazanov başçılıq edir.

1

2

3

4

5

6

7

8

1

Çöri İlir

Ç

Turan

s

1:1

07.08.2004

26

50

Oqtay Dərəlioğlu

Ç

MOİK

s

1:0

12.04.2005

40-p

100

Xaqani Məmmədov

Ç

Olimpik

e

1:0

12.02.2006

78

150

Vüqar Nadirov

K

Bakılı

e

4:0

20.11.2006

90+1

200

Zaur Ramazanov

Ç

Masallı

s

3:0

18.08.2007

88

250

Zaur Ramazanov

BK

Paxtako

n

4:3

27.01.2008

43

300

Klaudiu Radukanu

K

NBC

e

3:0

30.10.2008

23

350

Mario Souza

K

Muğan

e

3:0

04.11.2009

53

400

Uinston Parks

Ç

Turan

e

2:0

23.10.2010

7

450

Adrian Pit

Ç

Qarabağ

s

1:0

17.09.2011

42

500

Saduo Tounkara

Ç

Neftçi

s

1:2

15.09.2012

8

550

Junior Nildo

Ç

AZAL

s

3:1

22.09.2013

68

600

Elnur Abdullayev

Ç

İnter

e

1:0

29.08.2014

5

1 - yubiley qolu, 2 –müəllifi (legionerlər üçün vətəndaşlığı), 3- turnir (ç – çempionat, k –kubok, bk – birlik kuboku, 4 – rəqib, 5- meydan, 6 – hesab, 7 – tarix, 8- yubiley qolun dəqiqəsi.

lankaranfc.com
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər