"Xəmsə" güclülər dəstəsində

"Xəmsə" güclülər dəstəsində
Futzal üzrə Azərbaycan çempionatının I dəstəsində 2014/15 ci il mövsümü yekunlaşıb. Fanat.az xəbər verir ki, 18 komandanın iştirak etdiyi turnir bir-birindən maraqlı oyunları ilə yadda qalıb. 
İyunun 14-də yekunlşan turnirdə "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin adını daşıyan "BEQOC" komandası 1-ci yerə, "Çevik" futzal klubu 2-ci yerə, Mehdiabad qəsəbəsini təmsil edən "Xəmsə" komandası isə 3-cü yerə layiq görülüb.
Heç bir maliyyə dəstəyi olmayan və turnirdə debut edən "Xəmsə" klubu növbəti ildən Azərbaycan çempionatının Yüksək Liqasında mübarizə aparmaq imkanı əldə edib. 
Qeyd edək ki, "Xəmsə"nin üzvü Əli Həsənov 72 qolla turnirin ən sərrast futzalçısı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər