"Xankəndi"dən ayrılan vinger "işıqçılar"a qoşuldu

"Xankəndi"dən ayrılan vinger "işıqçılar"a qoşuldu

Ötən mövsümü "Xankəndi"də keçirən vinger Əli Mürsəlovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, orta xətt oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək. 

Həm sağ cinah vingeri, həm mərkəz yarımmüdafiəçisi, həm də nominal hücumçu mövqeyində çıxış edə bilən 25 yaşlı futbolçu "Mingəçevir"lə müqavilə bağlayıb.

Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. "Mingəçevir" ilk görüşünü sentyabrın 4-də "Zaqatala"ya qarşı keçirəcək. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutacaq matçın start fiti 17:00-da səsləndiriləcək.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər