"Volfsburq" Bendtnerlə yollarını ayırdı

"Volfsburq" Bendtnerlə yollarını ayırdı
"Volfsburq" hücumçusu Niklas Bendtnerlə yollarını ayırıb.
Danimarkalı futbolçunun komanda ilə  2017-ci ilə qədər müqaviləsi var idi.
Lakin 28 yaşlı futbolçu mövsüm ərzində dəfələrlə nizam-intizamı pozduğu üçün rəhbərlik onunla yolları ayırmaq qərarına gəlib. Almaniya klubu təzminat olaraq Bendtnerə 1,4 milyon avro ödəyəcək. 2014-cü ildən "Volfsburq"da çıxış edən Bendtnerin yeni mövsümdən harada oynayacağı məlum deyil.
Qeyd edək ki, "Volfsburq"da ümumilikdə 47 oyuna çıxan Danimarka millisinin üzvü cəmi 9 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər