"Visla"nın əsas investoru şam yeməyindən sonra dünyasını dəyişdi

"Visla"nın əsas investoru şam yeməyindən sonra dünyasını dəyişdi

Polşanın ən tanınmış klublarından olan "Visla"nın əsas investoru Tomaş Kokosinski dünyasını dəyişib.

Fanat.Az "wiadomosci.radiozet.pl"a istinadən xəbər verir ki, iş adamı klubda 5 milyon dollarlıq pay almaq üçün Krakova gəlib və bu şəhərdə ölüb.   O, iyunun 4-də restoranlardan birinə şam yeməyi zamanı qidadan boğulub. Hipoksiya və beyin ölümü səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Kokosinski iyunun 10-da həyatla vidalaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər