"Virtsin aqibəti necə olacaq" - "Bayer Leverkuzen" rəhbərliyinin mövqeyi bəllidir

"Virtsin aqibəti necə olacaq" - "Bayer Leverkuzen" rəhbərliyinin mövqeyi bəllidir

"Bayer Leverkuzen" rəhbərliyi komandanın hücumameyilli yarımmüdafiəçisi Florian Virtsin gələcəyi ilə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, məlumatı "Kicker" yayıb.

Xəbərə görə, "əczaçılar"ın idarəçiləri "Real Madrid" və "Bayern Münhen"in istədiyi Virtslə müqavilə yeniləməkdə israrlıdırlar. Mənbə futbolçunun da Leverkuzen təmsilçisi ilə əməkdaşlığı davam etdirmək variantına isti yanaşdığını vurğulayıb.

Xatırladaq ki, Florianın "Bayer"lə indiki sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 130 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər