"Vilyarreal" üzərində qələbə "Sevilya"nın prezidentini elə sevindirdi ki...

"Vilyarreal" üzərində qələbə "Sevilya"nın prezidentini elə sevindirdi ki...

"Sevilya"nın rəsmi saytı komandanın baş məşqçisi Xavyer Qarsiya Pimyenta ilə yeni müqavilə imzalandığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Məlumata görə, İspaniya çempionatının 7-ci turunda evdə "Valyadolid" üzərində qazandıqları qələbədən (2:1) məmnun qalan prezident Xose Mariya del Nido dünən baş tutan matçın ardından məşqçilər korpusuna onlarla müqavilə yenilənəcəyini çatdırıb.

Sözügedən çalışdırıcı iyul ayından indiki postundadır. Əndəlüs təmsilçisi onun rəhbərliyi altında La Liqada 7 matça çıxıb. 2 qələbə qazanan kollektiv eyni sayda heç-heçə və 3 yenilgi ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər