"Vest Hem"in forvardı qəzaya düşdü, klubu bəyanat yaydı

"Vest Hem"in forvardı qəzaya düşdü, klubu bəyanat yaydı

"Vest Hem"in hücumçusu Maykl Antonio qəzaya düşüb.

Fanat.Az xəbər verir ki, bu barədə yerli mətbuatda yayılan məlumatları "çəkicdöyənlər"in rəsmi saytı təsdiqləyib:

"Klubun bütün əməkdaşları hazırda Maykl haqda düşünürlər. Dualarımız onunladır. Klub bu barədə yeni məlumatları təqdim edəcək"

Daha öncə Britaniya mətbuatında 34 yaşlı forvardın bu gün London yaxınlığında qəzaya düşdüyü və helikopterlə xəstəxanaya çatdırıldığı barədə məlumatlar dərc edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər